27 aprel 2024 at 15:18
Jurnalist kodu: 5487
Xəbər kodu: 85458581
T T
0 Persons

Tags

Xarici İşlər Nazirliyinin sözçüsü: İran terrorizmlə mübarizədə beynəlxalq ictimaiyyətin mühüm tərəfdaşlarından biridir

Tehran – İRNA – Xarici İşlər Nazirliyinin sözçüsü İranın sanksiyaları müdafiə və hərbi potensialını gücləndirmək və inkişaf etdirmək üçün fürsətə çevirdiyini bildirib və deyib: İran İslam Respublikası regional və beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində, beynəlxalq terrorizmlə mübarizədə beynəlxalq ictimaiyyətin mühüm tərəfdaşlarından biridir.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani üç ölkənin; ABŞ, İngiltərə və Kanadanın İran İslam Respublikası Silahlı Qüvvələrinin bəzi fiziki və hüquqi şəxsləri, habelə İran İslam Respublikası Silahlı Qüvvələrinə qarşı sanksiyalar tətbiq etməsini, habelə Avropa Parlamentinin qətnaməsini qətiyyətlə pisləyib və deyib: İran İslam Respublikası regional və beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində, beynəlxalq terrorizmlə mübarizədə beynəlxalq ictimaiyyətin mühüm tərəfdaşlarından biridir. 

Diplomatik xidmətin sözçüsü deyib: Təəssüflə qeyd etmək lazımdır ki, Avropa Parlamenti öz qətnaməsində sionist rejimin İranın diplomatik qərargahına qarşı təcavüzkar hərəkəti və İranın terrorla mübarizə üzrə rəsmi müşavirlərinin şəhid edilməsi ilə bağlı təəssüf hissi ilə kifayətlənib, lakin İranın sözügedən rejimə qarşı qanun çərçivəsində hərəkətə keçmək olan qanuni müdafiə hüququnu qətiyyətlə pisləyir! 

Xarici İşlər Nazirliyinin sözçüsü vurğuladı: Nə üçün Avropa Parlamenti bölgədəki gərginlik və qarşıdurmaların mənşəyi və əsas səbəbi olan sionist İsrail rejiminin işğalçılığı və bu qondarma rejimin dəfələrlə beynəlxalq qanunları və hüquqları pozması ilə məşğul olmaqdan çəkinir, digər tərəfdən, Amerika siyasətinə uyğun olaraq, səksən ildir ki, regionda təhlükəsizliyin və gərginliyin əsasını təşkil edən rejimi dəstəkləyir!

0 Persons

Sizin rəyiniz

You are replying to: .